Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Qudyalçay Xınalıq (Quba) məntəqəsində qarın yağması müşahidə olunub.
Mis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.