Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov"Dərman vasitələri haqqında" qanuna edilən dəyişikliklərdən danışıb.
Mətbuat.az xəbər verir ki, bu qanunda olan dəyişikliyə əsasən,müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında (eyni istehsalçının(və ya həmin istehsalçının lisenziyası əsasında istehsal olunmuş) eyni əmtəənişanı adı altında, lakin təsiredici maddənin dozası, farmasevtik forması,ticarət qablaşdırması və ya qablaşdırma miqdarı fərqli olan dərman vasitələriistisna olmaqla) dövlət qeydiyyatına alınmasına yol verilmir. Hazırda isə eynimaddədə "müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlətqeydiyyatına alınmasına yol verilmir” kimi qeyd edilir.
Rəşad Mahmudov öz müsahibəsində bildirir ki, ölkəmizə dərmanidxalı edən təşkilatların gətirdikləri dərman preparatlarınınsənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi və lizenziyalaşdırılmasınınasanlaşdırılmasına və sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdənsonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək.