Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xətai rayonu, Məhəmməd Hadi küçəsində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmət rəsmisi Qafar Ağayev Mis.az-a bildirib ki, araşdırma nəticəsində gecə saatlarında 2 ağacın kəsildiyi müəyyən edilib.
"Məhəmməd Hadi küçəsi, 103 saylı binanın ətrafındakı yaşıllıq ərazidə ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək məqsədilə hazırda hüquq-mühafizə orqanları ilə birgə araşdırma aparılır", - Q.Ağayev vurğulayıb.